Sualınızı soruşun

24 April 2024 Saat 11:35

Salamun aleykum Sual: Lütfən ayət namazının qılınması səbəblərini və qaydasını bəyan edərdiz, təşəkkür edirəm.

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

 Salamun aleykum

Cavab: Ayət namazı 4 şey vasitəsilə vacib olur:

-Günəşin tutulması.

-Ayın tutulması; onlardan az bir miqdar tutulsa heç kim qorxmasa da.

-Zəlzələ; heç kim qorxmasa da.

-Göy gurultusu, ildırım, qara-qırmızı küləklər bu kimi səma hadisələri, camaatın əksərinin qorxduğu surətdə. 

 Ayət namazı 2 rükətdir hər rükətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyət etdikdən sonra təkbir deyib bir həmd tam bir surə oxuyaraq rükuya getsin, rükudan qalxıb yenə həmd bir surə oxuyub rükuya getsin. Bunu beş dəfə təkrar etdikdən sonra 5-ci rükudan qalxıb iki səcdə etsin, ikinci rükəti eynilə birinci rükət kimi qılsın, sonra təşəhhüd oxusun salam versin.

Ayət namazında niyyət, təkbir həmddən sonra mümkündür ki, insan bir surəni beş yerə bölüb bir ayə, ya ondan çox, ya ondan az ayə oxuyaraq rükuya getsin, qalxıb həmdi oxumadan surənin 2-ci bölümünü oxuyub yenə rükuya getsin bu qayda ilə beşinci rükudan qabaq surəni tamamlasın. Məsələn: Qul huvəllah surəsini oxumaq qəsdilə, Bismillahir-Rəhmanir-Rəhim deyib rükuya getsin, sonra qalxıb Qul huvəllahu əhəd deyərək ikinci dəfə rükuya getsin, sonra qalxıb Əllahus-səməd deyib yenidən rükuya getsin qalxıb Ləm yəlid vələm yuləd deyib rükuya getsin, sonra rükudan qalxıb növbəti dəfə Vələm yəkun ləhu kufuvən əhəd deyib rükuya getsin sonra rükudan qalxıb 2 səcdə etsin. 2-ci rükəti eynilə birinci rükət kimi yerinə yetirsin, 5-ci rükudan sonra 2 səcdə yerinə yetirsin təşəhhüd oxuyub salam versin. Həmçinin, surəni 5-dən az hissəyə bölmək olar, amma onu hər vaxt tamamlasa, sonrakı rükudan qabaq həmd oxuması lazımdır ondan sonra gərək bir surə, ya bir surənin `zi hissəsini oxusun.

Əgər ayət namazının bir rükətində beş dəfə həmd surə oxusa, o biri rükətdə isə həmd surəni beş yerə bölüb oxusa eybi yoxdur.

Əlavə məlumat üçün "Tövzihul-məsail" fiqhi əməllərin risaləsinə müraciət edə bilərsiz, müvəffəq olun.

 

کلمات کلیدی :

Ayət namazı

۱۴,۷۱۹