Sualınızı soruşun

28 March 2024 Saat 16:03

Salamun aleykum Məsumların (əleyhimussəlam) mərasimləri və dini məclislərin keçirilməsinin necəliyi barəsində öz mübarək nəzərinizi buyuraydınız?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab- Ümumi şəkildə desək Məsumların (əleyhimussəlam) mərasimləri və dini məclislərin keçirilməsində aşağıda qeyd olunan mətləblər riayət edilməlidir:

1-Ürf baxımından hörmətsizlik sayılan hər növ əməldən, məsələn, əl çalmaq, fit çalmaq, kobud-ədəbsiz sözlər və ibarələrin işlədilməsindən ictinab edilib saqınmalıdır.

2-Düşünülüb izah edilməsi mümkün olmayan, qərəzli və bədxah insanların sui istifadə etməsi və məzhəb süstlüyünə səbəb olan hər növ əməldən ictinab edilməlidir.

3-Şirkə və küfrə səbəb olan hər növ ibarə və cümlələrdən uzaq olmaq gərəkdir.

4-Bədən üzvlərinə şiddətli zərər yetirən və ya bədənin naqisliyi ilə nəticələnə bilən hər növ əməldən saqınmaq gərəkdir.

5-Belə mərasimlər riyadan, özünü göstərməkdən və dünyəvi məqsədləri güdən hər cür qərəzdən gərək uzaq olmalıdır. Mərasimlər gərək xalqın qədim adət və ənənəsi əsasında keçirilsin ki, İnşaallah, İlahi dərgahda qəbula yetsin.

Muvəffəq olun!

 

 

کلمات کلیدی :

Dini məclislər və mərasimlər

۲,۶۳۴