Sualınızı soruşun

20 April 2024 Saat 09:06

Mənim sualım belədir: Qadınlar güman edirlər ki, ”ər-Ricalu qəvvamunə ələn-nisa” ayəsində İslam onların zərərinə danışmışdır. Bu məsələni onlar üçün necə izah edək? Ayə necə təfsir olunmalıdır?

پاسخ :

Bu şübhəyə cavab vermək üçün ilk öncə ”kişilərin üstünlüyü cümləsində məqsədinolduğunu və fəlsəfəsini bilməliyik.

”Qəvvam” o şəxsə deyilir ki, başqasının idarəciliyini və islahını öz öhdəsinə götürsün. Qəyyumluq və müdiriyyətin başlıca şərti yaşayışın təmini və idarəsində ləyaqətin olmasıdır.1

Nəzərə almalıyıq ki, ailə kiçik bir cəmiyyətdir və böyük bir cəmiyyət kimi vahid başçı və rəhbəri olmalıdır. Çünki qadın və kişinin müştərək rəhbərliyinin bir anlamı yoxdur. Nəticə etibarı ilə, kişi yaxud qadın ailənin başçısı, digəri isə onun müavini olmalıdır.

Quran burada aydın surətdə bəyan edir ki, başçılıq kişiyə verilməlidir.(Yanlış anlaşılmasın! Bu, diktatorluq və haqqı ayaq altına qoymaq mənasında deyildir, bəlkə məqsəd məsuliyyətləri nəzərə alan nizamlanmış vahid rəhbərlikdir. Bu məsələ müasir dünyada hər zamandan daha aydındır ki, əgər bir heyət (iki nəfərlik heyət olsa belə) bir işi öhdəsinə götürürsə, mütləq onlardan biri ”rəis” və o biri ”müavin ya üzv” olmalıdır. Əks təqdirdə onların arasında hərc-mərclik yaranar. Kişinin evdə başçılıq etməsi də bu kimi misallardandır.)2

Biz ilk öncə ailə məsələlərində bu ləyaqət və qabiliyyətin kimin varlığında (təbiətində)  olmasına diqqət etməliyik. Bu məsələni bilmək üçün kişi və qadının yaranışına nəzər salmaq və onların yaranış fəlsəfəsindəki vəzifələrini araşdırmaq lazımdır.

Kişi və qadın arasındakı cismi və ruhi cəhətdən olan təbii fərqləri heç kim inkar edə bilməz. Bu fərqlər təbiidir. Yaranışın kamilləşməsi və insanın ehtiyaclarını təmin  etmək üçün lazımdır. Belə fərqlər kişilərin ozündə də vardır.

Misal olaraq:

Bütün insanlar istedad baxımından eynidirlər. Amma onun xüsusiyyətlərində Allahın hikmətinə əsasən bir-birlərindən fərqli yaranmışlar. Bu müxtəlif istedadların çiçəklənməsi nəticəsində, insanın ictimai ehtiyacları müxtəlif zəminlərdə təmin olunur. Məsələn, cəmiyyətin müxtəlif sahələrində, istər qidalanma, istər səhiyyə baxımından, istərsə də abadlıq baxımından ehtiyacları vardır. Allahın da hikməti tələb edir ki, bu ehtiyacların təmin olunmasında, insanları cürbəcür istedadlarla yaratsın və bu istedadların çiçəklənməsi nəticəsində cəmiyyətin ehtiyacları ödənilsin.

Buna əsasən birində doktor olmaq, digərində isə əkinçilik ya mühəndislik istedadı vardır. Bunlardan hər biri öz vəzifələrinə uyğun cəmiyyətə xidmət göstərir və bir sıra ictimai ehtiyacları təmin edirlər.

Bu həqiqəti Quran belə açıqlayır: ”Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.”

İnsanlarda olan istedadların müxtəlifliyi bir insanın başqa insana üstünlüynə səbəb olmadığı kimi kişi və qadının da yaranışı belədir. İnsaniyyət cəhətindən ortaq, təbiət yaranışında isə fərqlidirlər. Kişi və qadının xüsusiyyətində olan bu kimi fərqlər, yaranışın kamilləşməsi, həyatın təbii ehtiyaclarının ödənilməsi və ictimai həyatın təkamülüdür. Çünki yaranışda olan fərqlər, insan nəslinin davamına zəmanət verir və cəmiyyətdə məhəbbətin icad olunmasının, kamilliyə doğru hərəkətin zəminini yaradır. Əks təqdirdə yaranış naqis olar. İctimai kamillik həm qadının, həm kişinin varlığındadır. Bunlardan da hər biri öz üzərinə düşən vəzifəni yerinə yetirirlər. Allahın ən gözəl yaranışı olan bu nizam qadın və kişinin öz rolunu bu şəkildə həyata keçirməyi tələb edir.

Cismi fərqlərdən əlavə ruhi baxımdan da bu iki varlığın yaranmasında fərqlər vardır. Bu da ictimai həyatın kamilləşməsi üçündür. Uyğun mövzuda bəzi alimlərin nəzəriyyələrini diqqətinizə çatdırırıq:

Dünya şöhrətli fizioloq və bioloq-cərrah Aleksis Karl ”İnsan tanınmamış varlıq” kitabında deyir: Qadın və kişi yaranış qanununun hökmünə əsasən fərqli yaranmışdırbu fərqlilik onların hüquq və vəzifələrinin fərqli olmasını çatdırır.”

Jak Lurbit Qadın müəllim müqabilindəkitabında deyir: “Qadın və kişi fiziki qüvvə və təbii hiss və emosiya baxımından qəti surətdə fərqlidirlər. Lakin bu fərqlər qadının tənəzzülü demək deyildir.”

İtalyan alim Mantecaza “Qadın fiziyologiya kitabında deyir: «Qadın və kişi fiziologiya cəhətindən fərqlidirlər, amma heç biri o birindən güclü deyildir. Bu təfavütlər onların üzərinə düşən vəzifələrin fərqliliyi nəticəsidir.»

Hüquqların fərqli olması vəzifələrin fərqliliyinə görədir:

Aleksis Karl kimi alimlərin sözlərindəki maraqlı məqamlar bunlardan ibarətdir: “Vəzifə və hüquqların müxtəlifliyi onların təbii fərqliliyinin əsasındadır. Belə ki, onlardan hər biri yaranışlarına uyğun olan vəzifələrinə görə bir sıra hüquqlara malikdirlər. Bu həmin həqiqəti bəyan edir ki, kişi və qadının – yaranışın əvvəlindən – özlərinə uyğun vəzifələri vardır və cismi və ruhi baxımdan da o vəzifələrə uyğun yaranmışlar.

Kişi cismi cəhətdən qadından güclü yaranmışdır. Həmçinin ruhi cəhətdən də, kişilərin ağıl və təfəkkür qüvvəsi qadınlardan çoxdur. Qadınlarda isə məhəbbət, hissiyat və emosiya qüvvəsi çoxdur. Kişilərdə hadisələr müqabilində göstərilən şücaət onları həyatda qəhrəman kimi tanıtdırır. Qadınlarda isə səbirli və təmkinli olmaq xüsusiyyəti öndədir.

Bütün bunlar qadın və kişinin vəzifələrinin fərqli olmasından irəli gəlir. Misal olaraq, qadın insanın yaranmasında mühüm rol oynayır və körpələrin inkişafı onun üzərinə düşür. Qadın cismi cəhətdən uşaqların boya-başa çatmasına və tərbiyəsinə uyğun yaranmışdır. Ruhi cəhətdən də elə ülfət və məhəbbətə malikdir ki, uşaqlarını məhəbbətlə cəmiyyətə təhvil verməyə qadirdir.

Həyatin qanunu iki müxalif cinsdən olan qadın və kişini bir-birinə elə əlaqəli yaratmışdır ki, bir-birinin yanında olamadan kamilləşmələri mümkün deyil. Xilqətdə olan bu rəngarənglik insan nəslinin davamından başqa, həm də kamillik və məhəbbət amilidir. Bu kamal və sevgi-məhəbbət o zaman artır ki, hər biri özünə aid vəzifəsini yerinə yetirsin.

Ailə başçılıq və bu kimi işlərdə böyük diqqətə ehtiyacı olduğu üçün İslam ədaləti riayət etməklə kişini qadından üstün bilmişdir. Kişinin qadına bu üstünlüyü, kişinin yaranışında deyil, bəlkə kişinin təbii vəzifəsinə və cismi qüdrətinə görədir.

Çünki ictimai və iqtisadi məsələlərdə ehtiyacları ödəməyi və yaşayışı idarə etməyi kişi öz üzərinə götürməyi bacarır. Elə buna görə kişilər ailə məsələlərindən başqa hökm vermək və müharibə kimi ictimai məsələlərdə qadınlardan üstündürlər.

Kişinin qadına başçılıq və qəyyumluq etməsi, həmçinin bu vəzifənin kişilərə həvalə edilməsi, onların şəxsiyyətinin yüksək olmasına, nə də digər aləmdə üstünlüyə dəlalət edir.

Çünki o imtiyazlar yalnız və yalnız  təqvaya bağlıdır. Bəlkə bunların hamısını Allah-taala yaranış baxımından şəriyyətin məsləhətinə uyğun olaraq onların arasında qərar vermişdir. Ayənin sonunda buyurulur:

Və həmçinin bu başçılıq, kişilərin üzərinə götürdükləri öhdəliklərin və ailənin nəfəqəsini ödəməyin müqabilindədir.” Bu kişilər üçün mənəvi üstünlük yox, təbii vəzifədir.


1   “Nur” təfsiri, c.2, s.282

2   Nümunə” təfsiri, c.3, s.371

کلمات کلیدی :


۳,۱۴۰