pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Müvəqqəti evlənmə
Tarixində 18 November 2018 & Saat 23:11

Bu yaxınlarda etibar etdiyim bir şəxsdən “siğə duası” alıb bir qadinla müvəqqəti siğə etdim. Sonradan məlum oldu həmin dua da təşdid səhvi varıymış. Bu halda mənim etdiyim əməl zina sayılırmı?

Siz nə duası oxumusunuz xəbərim yoxdur, amma əgər müvəqqəti ya daimi nikahda bir hərf də səhv oxunmuş olsa əqd batildir. Əgər əqdi düzgün oxumamanızı bilmirdinizsə zina hökmündə deyiıldir. Nikah məsələsini anlayandan sonra əvvəldən düzgün oxuyun.

Müvəqqəti əqd siğəsi oxumaq üçün müddət və mehriyyə müəyyən olandan sonra, əgər qadın və kişi özləri oxusalar, qadın deyir: "Zəvvəctukə nəfsi fil-muddətil-məluməti ələl-məhril-məlumi" (Yəni mən özümü müəyyən olunmuş mehriyyə ilə müəyyən müddətdə sənin xanımın etdim.). Onun müqabilində kişi deyir: "Qəbiltu" (Qəbul elədim).

Əgər qadın ailə həyatı qurmaq (və ya siğə olunmaq üçün) istədiyi kişini öz nikahını oxutdurmaq üçün vəkil tutsa, əvvəlcə kişi qadının vəkili ünvanında deyir: "Zəvvəctu muvəkkiləti filanən ( filanən sözünün yerinə qadının adını desin) linəfsi fil-muddətil-məluməti ələl-məhril-məlumi" (Yəni müəyyən mehriyyə ilə və müəyyən müddətdə vəkili olduğum qadınla izdivaca qərar verdim). Sonra bilafasilə öz tərəfindən desin: "Qəbiltut-təzvicə linəfsi fil-muddətil-məluməti ələl-məhril məlumi." Yaxud "Qəbiltu linəfsi hakəza" (bu icdivacı qəbul etdim).

 Qadın tərəfdən vəkil olaraq deyə bilər: "Məttətu muvəkkiləti filanən linəfsi fil muddətil məluməti ələl məhril məlum" sonra özü tərəfdən də belə desin: "Qəbiltu linəfsi hakəza" (yəni müvvəqqəti icdivacı müəyyən mehr və müddətlə qəbul etdim)

Daimi və qeyri-daimi əqdi oxumağın şərtləri vardır, o cümlədən:

A) İzdivac əqdinin şərtlərindən biri ərəbcə düzgün oxunmasıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr, ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər ərəb dilində oxuya bilməsələr fars ya başqa hər hansı dildə oxusalar, o zaman "zəvvəctu" və "qəbiltu"-nun mənasını çatdıran bir kəlmə deməlidirlər. Əgər nikahda mənanın dəyişməsinə səbəb olan bir hərf səhv oxunsa əqd batil olur.

B) Əqd və siğə oxuyan şəxs "inşa" qəsdi etməlidir. Yəni əgər qadın və kişi özləri siğəni oxuyursa , qadının "zəvvəctukə nəfsi " deməkdən məqsədi bu olmalıdır ki, indi bu saat özünü onun qadını qərar verirəm. Əgər kişi vəkil olsa, "Zəvvəctu muvəkkiləti (filanən) linəfsi fil muddətil məluməti ələl məhril məlum"-dan məqsədi bu olmalıdır ki, onu indi bu saat öz xanımı qərar vermişdir və "qəbiltu" dan da məqsədi bu izdivacı indi bu saat qəbul etməsidir.

C) Əqd siğəsini oxuyan şəxs, dediyi kəlmənin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxusa, hər kəlməni düzgün surətdə deyib ayrı-ayrılıqda da hər birinin mənasını bilsə əqd düzgündür.

 D) Müvəqqəti nikahda mehriyyə və müddət təyin olmalıdır. Mehriyyə və müddəti təyin olunmamış müvvəqqəti əqd düzgün deyil.

E) Əgər qız bakirə olsa, əksər müctəhidlərin nəzərinə əsasən ehtiyat-vacibə görə qızın atası icazə verməlidir.

 

12020 Görüş

Cadu haqda
Tarixində 18 November 2018 & Saat 23:11

Biz molla yanına istixarə etdirmək üçün getmişdik, amma molla Quranı açıb bizim ailəmiz üçün cadu edildiyini, bir qəbir kənarında basdırıldığını söylədi. Bu cadunu necə tapaq, onu murdarlasaq sehrin təsirindən azad ola bilərikmi?

Baxmayaraq cadu və sehrin bir həqiqəti var. Amma hər bir işi cadu ilə əlaqələndirmək düzgün deyildir. Bu işləri ən çox özlərinə gəlir mənbəyi edib bu yolla camaatdan pul alan “şəxslər” edir.

Istixarə etmək və Quran açmağın cadu və sehrin olması ilə bir bağlılığı yoxdur. Quranın harasından başa düşdünüz ki, sizə cadu ediblər. O da, bu izahla ki, qəbrin kənarında torpağa basdırılıb.

Bu formada olan istixarələri quranın adı ilə bağlamaq yalandır. Belə insanlar fırıldaqçıdır. Onların sözünə əhəmiyyət verməyin. İnşallah sizin həyatınızda sehr və cadu məsələsi yoxdur.

Əgər belə bir şey də olsa, yəni cadu ya sehr məsələsi olsa, onu batil etməyin yolları vardır.

Onu batil etmək üçün aşağıdakı göstərişlərə əməl edin:

 

1-Sədəqə verin!

2- Çoxlu quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn yəni Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun. Quran oxumaq sehri batil edir.

3- “Məfatihul-cinan” kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!

Həmçinin böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin! İnşaallah heç bir sehr əsər etməz. Vacib namazları xüsusən sübh namazını vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah” deyin, sonra 110 dəfə salavat zikir edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünu” oxuyub özünüzə üfləyin. (pülüyün) Hər zaman fikrinizdə narahatçılıq yarandı “La həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan gedər. Və sizə də heç bir sehir əsər etməz.

Fırıldaqçı adamalara da müraciət etməkdən çəkinin!

7105 Görüş

Şiənin möhürə səcdə etməsinin sübutu
Tarixində 18 November 2018 & Saat 23:11

Dostlarla söhbətimizdə bir neçə sual müzakirə olundu və istəyirəm ki, onların cavabını sənədi ilə sizdən öyrənim. (Əgər bu sənədlər əhli-sünnənin mötəbər kitablarından olsa daha yaxşı olar.)
Niyə mohür ilə namaz qılırıq? Bununla bağlı hədis və ya Quran ayəsi varmı?

Şiə baxımından ən mötəbər və vacib sayılan məsələ budur ki, torpağa (yer üzərinə), daşa, mədənə yer üstündə bitən (yeməli, içməli, geyməli şeylər istisna olmaqla) bitkilərə səcdə etmək olar. Elə buna görə də əgər çöldə namaz qılan şəxs səcdə halında alnını torpağa qoysa, namazı düzgündür.

Səcdə haqqında olan bir çox məsələlərdə əhli-sünnə ilə şiənin nəzəri eynidir. Çünki hər iki məzhəb torpağa, daşa, ağaca və yeməli-geyməli olmayan başqa şeylərə səcdə etməyi caiz bilirlər. Amma şiə bunlardan qeyrisinə səcdə etməyi caiz bilmir. Səcdənin torpağa yaxud yuxarıda qeyd olunanların birinə edilməsi vacibdir.

Bu məsələnin dəlili bizə gəlib çatan rəvayətlərdir:

İmam Sadiq (ə) buyurur: “Yer pambıq və kətandan başqa yerdə bitənlərə səcdə etmə!1

Zürarə imam Baqirdən) soruşdu: “Qıra səcdə etmək olarmı?” İmam (ə) buyurdu: “Xeyr! Paltara, yuna, yeməli meyvələrə, mədəndən olan şeylərə (mineral olan şeylərə), heyvan üzvlərinə, quşların qanadına da səcdə etmək caiz deyil.”2

Əli ibn Cəfər qardaşı Musa ibn Cəfərdən (ə) soruşdu: «İnsan ipək xalça və ipək canamaz, eləcə də güllü ipək parçadan olan xalça və canamazdan istifadə edə bilərmi? Yəni onların üstündə yatsın, söykənsin, dursun, namaz qılsın? İmam (ə) buyurdu: “Yatmaq, oturmaq və başqa istifadələrin heç bir eybi yoxdur, amma onların üstündə səcdə etmək olmaz.”3

Şeyx Tusi (r.ə) nəqil edir: «Şiə fəqihlərinin hamısıın nəzəri yerə səcdə etməkdir. Ehtiyata əsasən də yerə səcdə olmalıdır. Ancaq əhli-sünnə pambıq, kətan, tük və yuna səcdə etməyi caiz bilirlər. Amma onların nəzəri ehtiyatın əksinə və Peyğəmbər (s), Əhli-beytdən (ə) olan hədislərlə müxalifdir

 

 

 

“əl-Fiqhu ələl məzahibil-ərbəə” kitabında qeyd olunmuşdur:

Hər bir şeyin üzərinə, hətta başa bağlanan şal olsa belə, səcdə etmək caizdir. Lakin pak olmaq şərti ilə. Amma Əbu Hənifənin ardıcılları başa bağlanan şala zərurət halında səcdədə etməyi məkruh bilir. İmamiyyə isə caiz bilmir və səcdənin torpağa (yer üzərinə), daşa, mədənə yer üstündə bitən (yeməli, içməli, geyməli şeylər istisna olmaqla) bitkilərə olmasını qəbul edir. 1

Buna əsasən əhli-sünnə xalçanı, xalını və keçəni yer sayırlar. Amma xalını və keçəni yer saymaq olmaz. Bu ehtiyata ziddir.

Peyğəmbərin (s) zamanında torpağa (yer) səcdə etmək məsələsi var idi. Rafe ibn Əbi Rafe Peyğəmbərdən (s) nəql edir: Həzrət Rəsul (s) buyurdu: «Namazlarınız səcdədə alnınızı yalnız yerə qoyduğunuz zamana kamil və düzgün sayılır2

Başqa bir rəvayətdə buyurur: Yer mənim üçün səcdə yeri və təharət vasitəsi (məsələn; təyəmmüm) qərar verilmişdir.3

Yaxud başqa bir ibarə ilə buyurur:Yer mənim üçün təharət vasitəsi (məsələn; təyəmmüm) səcdə yeri qərar verilmişdir.”4

Ümmü Sələmə Peyğəmbərdən (s) nəql edir: Peyğəmbər (s) Əfləh adlı şəxsə xitab edərək buyurdu: “Ey Əfləh, üzünü torpağa sürt!»5

Peyğəmbərin zamanında bəzi səhabələr daşa səcdə edirdi. Cabir ibn Abdullah Ənsari və Məsruq ibn Əcdə istər vətəndə,istərsə də səfərdə bu işi görürdü.6

Eləcə də müsəlmanlar Mər dağının daşlarından bir parça götürür, ona səcdə edirdilər.

Bu sözlər torpaq və türbət gəzdirən müsəlmanlara tutulan iradların açıq-aydın əsassız olduğunu sübut edir və məlum olur ki, İslamın böyük səhabələri də belə hərəkət etmişlər.7

Tarixi baxımdan da Peyğəmbər(s) Mədinəyə hicrət edəndə məscidin tikilməsinə göstəriş verdi. O vaxt məscidin xalçası yox idi və Peyğəmbər məscidin yerinə,  torpağının üstündə səcdə edirdi. Əbu Bəkir, Osman, Ömər və həzrət Əlinin (ə) zamanında da məscidin döşəməsinə səcdə edirdilər.

Nəticə etibarı ilə Peyğəmbər (s) və İslamın ilk günlərində olan müsəlmanların səcdələri torpağa idi. Buna əsasən torpağa səcdə etmək məsələsində heç bir şübhə yoxdur və səhihdir. Şiələrin torpağa səcdə etməsi, Peyğəmbərdən (s) təqlid etmələri mənasındadır.

 

Şiələrin möhürə səcdə etməsinin səbəbləri:

Birincisi; Məscidlərdə və evlərdə torpağa səcdə etmək çətin olduğu üçün torpağı möhür şəklinə salırlar. Beləliklə səcda məsələsi asanlaşır və təmizlik olur.

İkincisi; Rəvayətlərdə imam Hüseynin (ə) türbətinə səcdə etmək bəyənilmiş əməllər sırasındadır bu işə təşviq olunmuşdur.

Üçüncüsü; Başqa bir tərəfdən səcdə edilənyerin hər növ nəcasətdən pak olması şərtdir və nəcis olan yerə səcdə caiz deyildir. Buna görə şiələr pak olan torpağdan (möhür) bir parça özləri ilə gəzdirirlər ki, namaz qılarkən pak torpağa səcdə etsinlər. Çünki səcdə etmək istədikləri yerin pak ya nəcis olduğunu bilmirlər. Elə buna görə paklığına yəqin etdikləri pak torpağdan bir parça seçirlər ki, ona səcdə etsinlər.

Buna əlavə olaraq, səcdə Allahın hüzurunda (müqabilində) “xüzu” və “xüşu” anlamına gəldiyi üçün namaz qılan şəxs öz bədəninin ən gözəl əzası olan alnını yerə qoymalıdır. Nəticə etibarı ilə ibadət halında başı torpağa qoymaq Allahın qarşısında daha çox təvazö və acizliyə dəlalət edir.



1           ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

2              ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

3              ”Tətbiqi fiqh”, səh.94

1           ”əl-Fiqhu ələl məzahibil-ərbəə”, c.1, səh.232, Beyrut çapı, Darul-fikr

2              ”əl-Xilaf” Şeyx Tusi, məs.112 113

3           ”Biharul-ənvar”, c.16, səh.6 və316

4              ”Biharul-ənvar”, c.16, səh.308

5              ”Kəzül-ümmal, c.7, səh.460, 19777, 1977819779-cu hədislər

6           ”Sünəni-Beyhəqi”, c.1, səh.439, ”Təbəqatul-kübra”, c.6, səh.79

7              Şpasox midəhəd”, Seyid Rza Hüseyninəsəb, səh.108

3534 Görüş

Qadının cinsiyyəti dəyişdirildikdən sonra qəzavət etməsi (hökm verməsi)
Tarixində 18 November 2018 & Saat 23:11

Qadın cinsiyyəti dəyişdirildikdən sonra qazi ola bilərmi?

Bəli, əsas şərt qazinin qəzavət etdiyi vaxt kişi olmasıdır.

3450 Görüş

Cinsiyyət dəyişdirildikdən sonra mehriyyənin hansı miqdarı ödənilməlidir
Tarixində 18 November 2018 & Saat 23:11

Cinsiyyət dəyişdirildikdən sonra təyin edilmiş mehriyyənin hökmü nədir? Onun hamısını ödəmək (qadın cinsiyyətini dəyişdirib kişi olduğu təqdirdə) məcburi və vacibdirmi? Mehriyyə ödənilməsə necə? (kişi cinsiyyətini dəyişdirib qadın olduğu təqdirdə). Yaxud evlilik müddəti və mehriyyənin miqdarı bir-biri ilə müqayisə edilməli və birgə yaşadıqları müddət üçün mehriyyə şamil olmalıdır?

Nikah əqdi bağlanmaqla mehriyyə borc olaraq kişinin boynuna gəlir və aydındır ki, mehriyyənin hamısı kişinin öhdəsindədir.Buna əsasən cinsiyyət dəyişdirilsə belə kişi mehriyyənin hamısını ödəməlidir. Çünki cinsiyyət dəyişdirilməklə kişinin boynunda olan öhdəçilik (əlbəttə mehriyyə baxımından) dəyişmir. Həmçinin qadın da cinsiyyətini dəyişdirdikdə, bu hökm öz qüvvəsində qalır. Zahirən mehriyyənin hamısının yaxud yarısının ödənilməsində yaxınlıq olub-olmaması baxımından yaxınlıqdan öncə talaq hökmü deyil, yaxınlıqdan öncə ölmək hökmü icra olunur.

2752 Görüş