Namaz, Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır

20 April 2024

17:12

۳,۰۴۱

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Muhəmməd Cavad Fazil Lənkəraninin (Allah ömrünə bərəkət versin) "Namazın sirləri və ədəb qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Namaz, Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır

Diqqət edək ki, Allah dərgahına namaz qılmağa durduğumuz hər zaman yeni bir əhdi imzalayırıq. “Namaz insanın keçmiş günahlarının bağışlanması səbəbidir” – deyə, hədislərdən ələ gələn məna da elə həmin əhdə xatirdir. Yəni namaz bütün şərait və xüsusiyyəti ilə qılınan bir zaman, Allah-təala əhd edir və qərara alır ki, bu namaz qılanın günahlarını bağışlayıb onu pak və Behişt əhli etsin.

Deməli, Behişdə daxil olmaq amili tanınan, insan ilə Allah arasında bağlanan əhdü-peyman, hüzuri-qəlb və tam şəraitili namaz səbəbinədir. Əgər insan bu şəraiti düzgün riayət etməsə, onun namazı Allah dərgahında məqbul sayılmayacaq və Qiyamətdə onun nameyi-əmalında belə bir namazın səbt olmadığını görəcəkdir. لَقِيَ اللَّهَ وَ لَا عَهْدَ لَهُ – Allahla mülaqat edəcək, halbuki onlar arasında heç bir əhdü-peyman yoxdur. İndi Allah ilə onun arasında heç bir əhd yoxdursa nə olacaq? إِنْ شَاءَ عَذَّبَهُ وَ إِنْ شَاءَ غَفَرَ لَه – Əgər Allah istəsə, bu insana cəza verəcək və əgər istəməsə, onu bağışlayacaq və lütf və kərəmini ona şamil edəcəkdir. Əgər namaz bütün şəraiti və xüsusiyyətləri ilə əncam verilsə, insanın Behişdə layiq olması üçün bir əhd icad edəcəkdir. Amma əgər bu əhd icad edilməsə, o şəxs əzab olmağa layiqdir. Deməli, namazın xüsusiyyət və nişanələrindən biri, Allah ilə insan arasında əhdü-peyman icad etməkdir.

Ümid edirik Allah-təala namazlarımızı Allah ilə bizim aramızda əhd yaratmağa səbəb etsin, ta ki, hamımız namazlarımızın vasitəsilə Allahın Behiştinə və cənnətinə layiq görülək, inşaallah!

(ardı var)

Etiketlər :

Namaz Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır