Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı

19 April 2024

22:01

۵,۳۰۸

Xəbərin xülasəsi :
Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü münasibətilə zəmanənin rəhbəri imam Zamanı (ə.c) və bu şəhərin əziz müəllimlərini, alimlərini, imam cümə və imam camaatını, ruhanilərini, siyasi və etiqadi qurumlarını təbrik edirəm.
آخرین رویداد ها

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı

 

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin həzrət Zəhranın (s.ə) mövlud bayramındakı bəyanatı:

Ayətullah Fazil Lənkəraninin (r.ə) vəfatının beşinci il dönümü münasibəti ilə, imam cümə və imam camaatların seminarında – Kərəc şəhəri.

Bismillahir-Rəhmanir-Rəhim

 

Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü münasibətilə zəmanənin rəhbəri imam Zamanı (ə.c) və bu şəhərin əziz müəllimlərini, alimlərini, imam cümə və imam camaatını, ruhanilərini, siyasi və etiqadi qurumlarını təbrik edirəm.

  İcazə verin müxtəsər bir neçə cümlə danışım. "Əvalim" və "Müstədrəküs-səfinə" kitablarında Haris ibn Qudamədən bir hədisdə belə nəql olunur: "Bir gün Əmmar Salmana deyir ki, Salman! Sənə indiyə qədər eşitmədiyin qəribə bir xəbər verimmi?” Salman deyir de nə xəbər varındır? Qəribə olan nədir? Dedi: “Gördüm ki, Əmirəl-möminin (ə) Fatimənin evinə daxil oldu. Elə ki, Fatimə (s.ə) Əmirəl-mömininə (ə) baxdı, Fatimeyi-Zəhra (s.ə) Əmirəl-mömininə (ə) buyurdu: “Ya Əli, yanıma gəl (indiyədək dünyada olanlar və olmayanlar) qiyamət gününə qədər olanlar haqqında sənə xəbər verim."

Əmmar dedi: “Gördüm Əmirəl-möminin (ə) bu xəbərdən təsirləndi və arxaya çəkildi. Əmirəl-möminin (ə) Allah Rəsulunun (s) xidmətinə yetişdi.”

Yəni xəbər o qədər Əmirəl-möminin (ə) üçün təəccüblü idi ki, dərhal Allah Rəsulunun (s) yanına gəldi. Elə ki, (evə) daxil oldu Peyğəmbər (s) buyurdu: “Ey Əbəl-Həsən yaxın gəl!


Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı

Məlum olur ki,Peyğəmbərin(s) zamanında da, təqiyyə olub. Bütün danışıqları, sirləri, həqiqətləri
bəyan etmək olmurdu. Məclis xəlvət olduqda, yadlar, münafiqlər və bu sirləri anlamağı və qəbul etməyi bacarmayanlar getdikdə, Peyğəmbər (s) buyurdu:”Sən mənə xəbər verirsən ya mən sənə xəbər verim? Əmirəl-möminin (ə) buyurdu: “Ey Allahın Rəsulu (s), sizin söhbətiniz daha gözəldir və siz danışan yerdə mən gərək danışmayam.” Əmirəl-möminin (ə) ədəbi nə qədər yüksək dərəcədə olmuşdur! Həqiqətən əgər insan bu davranışları, başqa rəftarlarla (birinci və ikinci xəlifənin Peyğəmbərlə (s) tünd danışıqları kimi) yan-yana qoyduqda, Əlinin (ə) Peyğəmbərə (s) qarşı olan ədəbini o iki xəlifənin və digərlərinin ədəbi ilə müqayisə etdikdə fərq tamamilə aydın olur. Eşitmisiniz “təməttö həcci” hadisəsində ikinci xəlifə etiraz etdi ki, bu nə göstərişdir ki, ömrə və həcc arasında, qadın və kişi bir-birindən ləzzət ala bilər və ehramın haramları onlara halal olur? Peyğəmbər (s) cavabında buyurdu: “Dediyim sözü mən özümdən demədim, Cəbrail (ə), Allah tərəfindən nazil etdi. Lakin sən bu hökmə və Allahın göstərişinə qiyamətə qədər iman gətirməzsən.”

Görün Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: ”Əli can, mən sənin üçün danışım ya sən danışmaq istəyirsən? Əmirəl-möminin (ə) buyurdu: “Ey Allahın Rəsulu (s), sizin söhbətiniz daha gözəldir.” Sonra Peyğəmbər (s) buyurdu: “Ey Əli! Getmişdin Fatimənin (s.ə) evinə və Fatimə (s.ə) sənə bu mətləbi dedi və sən də, təəccüb etdin! Fatimə (s.ə) dedi: “Ey Əli (ə) mən bundan öncə və bundan sonra olan olayları bilirəm.”


Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı

Dırnaq arasında siz diqqət əhli üçün bir nöqtə bəyan edim. Allahın rəhməti böyük imamımıza olsun. Mərhum atam belə buyurardı:”İnqilabın dünyadakı əhəmiyyətli nəticəsi haqqında soruşsalar, deyərəm: “İmam gəldi şiə məktəbini, Əlini (ə) və Fatiməni (s.ə) bütün dünyaya tanıtdırdı.” Baxın inqilabdan əvvəl İranın ətrafında olan ölkələrdəki şiələr ki, indi İslami oyanış onlarda da, baş qaldırmışdır amma bundan öncə şiəlikdən əsla xəbərləri yox idi və şiəlik bir məzhəb ünvanında tanınmırdı və yalançı bir məzhəb kimi tanınırdı. İmam (Allah ondan razı olsun) gəldi və şiəliyi dünyaya tanıtdırdı.

O zaman İmam həzrət Zəhranın (s.ə) təvəllüdü günləri vaxtında buyurduğu sözlərdən biri bu idi: “Fatimə (s.ə) elə bir şəxsiyyətdir ki, Peyğəmbərin (s) vəfatından sonra Cəbrail nazil olub onunla söhbət edər və Fatimə (s.ə) də, onları Əmirəl-mömininə (ə) deyərdi, Əmirəl-möminin(ə) də onları yazardı. Hal-hazırda (o yazılanlar) "Fatimənin Müshəfi" adı ilə imam Zamandadır (ə.c). “Fatimənin (s.ə) müshəfi” ilə “Əlinin (ə) müshəfi fərqlidir.

  Əlinin (ə) müshəfi, Peyğəmbərə (s) hər ayə nazil olduqda o ayələrin incəliklərini, qeydlərini, nazil olma səbəblərini Əliyə (ə) buyurardı və Əli (ə) də, onları yazırdı. Amma həzrət Zəhranın (s.ə) müshəfi, Peyğəmbərin (s) vəfatından sonra olmuşdur və onda Qurandan, halal və haram hökmlərdən heç bir şey yoxdur.”

Bəli görün mühüm bir nöqtədir ki, Allah Rəsulunun (s) dünyada olduğu zaman Fatimə (s.ə) bu iddianı edir ki, ey Əli (ə) mən indiyə qədər olub və olmayanlar haqqında elmim var.

Peyğəmbər (s) buyurdu: ”Ey Əli (ə) Fatimədən (s.ə) təəccüblü bir söz eşitdinmi? Niyə təəccübləndin? Əmirəl-möminin (ə) (gözəl sual soruşdu, demədi kim Fatiməyə (s.ə) öyrətdi? Ya haradan öyrəndi? Hətta demədi siz onu Fatiməyə (s.ə) öyrətdinizmi? əksinə) ərz etdi:

 “Ya Rəsuləllah (s)! Fatimənin (s.ə) yaradılış nuru mənim və sizin yaradıldığımız nurdandırmı? Necə də zərif və incə müraciətdir!

Peyğəmbər (s) buyurdu: “Məgər bilmirdin? Bəli Fatimənin (s.ə) nuru mənim və sənin yarandığımız nurdandır. Əmirəl-möminin (ə) bu xəbəri eşitdikdə səcdəyə getdi və həyat yoldaşının nuru Allah Rəsulunun nurundan olan bir şəxsiyyət olduğu üçün Allaha şükür etdi.

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı


Sonra Əmmar deyir: “Mən Əmirəl-möminin (ə) arxasınca idim elə ki, Peyğəmbərdən (s) cavabını aldı Fatimənin (s.ə) yanına qayıtdı.” Fatimə (s.ə) buyurdu: “Ey Əli (ə) getdin atama mövzunu danışdın və cavabını da aldın? Amma başqa bir şey deyim; Ey Əbəl Həsən bil ki, Allah mənim nurumu yaradandan sonra mənim nurum Allahı zikr etdi, sonra onu cənnət ağaclarının birində qərar verdi və Peyğəmbər (s) o ağacın meyvəsindən yedi və mən dünyaya gəldim.”

 Bu Fatimə (s.ə) həqiqətinin bir hissəsidir. Əgər böyüklərimiz və mərcəyi təqlidlərimiz Fatiməni (s.ə) yaşatmağın üstünə düşüblərsə ona görədir ki, bu həqiqətlər bir qədər də aşkar olsun .

Təəssüflər olsun bir dəstə deyir ki, bu müsibətlərin sənədi yoxdur. Məgər biz həzrət Zəhranı (s.ə) müsibətləri üçün yaşadırıq. Məgər biz həzrət Zəhranı (s.ə) yalnız qabırğasının sınmasında və mıxı olan yanmış qapı ilə xülasə edirik?! Bu hadisələrin kiçik bir hissəsidir.

Həzrəti Zəhra (s.ə) nadir bir həqiqətdir ki, əgər bəşəriyyət onu tanımasa, hövzələr və bütün sahələrdə çalışanlar ona diqqət etməzsə böyük bir ziyana uğrayacaqlar.

Mərhum atam (Allah ondan razı olsun) Xorasan alimlərinin toplantısında buyurmuşdu: ”Əlli ildən çoxdur ki, tədris edib minlərlə tələbə maarifləndirmişəm, fiqhi dəlillər, üsul, təfsirdən əlli kitab yazmışam amma qəbir evi üçün bunlara ümidim yoxdur. Yalnız yüz faiz ümidvar olduğum və əlimdən tutacağıma yəqin olduğum şey budur ki, beş ildir Fatimiyyə günlərində fəryad edirəm və camaatı dəvət edirəm ki, Fatiməni (s.ə) yaşadın.

 Allaha həmd olsun ki, o (Fazil Lənkərani) və digər mərcəyi təqlidlər ixlas ilə bu sahədə xidmətlər etdi. İnqilabin böyük rəhbəri də digər müctəhid və alimlərlə birgə İmamın “Hüseyniyyə”-sində toplanır, birinci və ikinci “Fatimiyyə günlərinini” böyük əzəmət ilə qeyd edirlər. Bu Fatiməni (s.ə) yaşatmaq deməkdir.

Bizim elə bir mərcəyi-təqlidimiz, alimimiz, müsəlman müctəhidimiz yoxdur ki, Fatimeyi-Zəhra (s.ə) haqqında diqqətsiz olsun. Bu gün siz o ruhanilərə qarşı daha çox diqqətli olmalısınız ki, onlar Fatimənin (s.ə), Kərbəlanın bir sözlə bütün müsibətlərə qarşı əmanətdardırlar. İstəsək də, istəməsək də Peyğəmbərin (s) bu əmanətləri bizim öhdəmizdədir. Amma hiylələrdən diqqətli və ehtiyatlı olmalıyıq.

  Əgər fikirləşsək ki, bu gün ruhaniyyəti yalnız icra səhnəsindən silmək istəyirlər, bu sadəlövhlükdür. Hiylə biz fikirləşdiyimizdən çox geniş şəkildədir. Plan budur ki, ruhaniyyəti yalnız icra səhnəsindən deyil üstəlik mənəvi və cəmiyyəti hidayət meydanından silsinlər. Yalançı ürfanları görün, baxın necə düzgün olmayan sözləri bizim cavanların ağıllarına yeridirlər. Bunlar yalnız onun üçündür ki, camaatı Əhli-beyt (ə) və ruhaniyyətdən uzaqlaşdırsınlar. Bunlardan daha üstünü, bunun üçün çalışırlar ki, desinlər ruhaniyyət camaat üçün İslamı düzgün bəyan etməyib və biz istəyirik ki, onları düzgün çatdıraq.

Bu çox böyük bir xətərdir ki, biz ehtiyatlı olmalıyıq. Bu məclislər bunun üçündür ki, bizim və ölkəmizin ətrafında və İrandan xaric olan düşmənin, nəyin arxasınca olduğuna diqqət edək. Onlar bunun arxasınca deyillər ki, desinlər ey ruhani sən get Qum elmi hövzəsinə öz dərsini oxu, get məscidə namazını qıl, minbərə çıx və idarəçilik və siyasət ilə işin olmasın. Xeyr, onlar demək istəyirlər ki, hövzədə indiyə qədər oxudunuz düz deyil, biz düz oxumuşuq.

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Kərəc alimlərinin toplantısındakı bəyanatı

Bu gün bu məsələ onların üzərində tədbir tökdüyü məsələdir və əgər ruhanilər bu hiylələrdən və hadisələrdən xəbərdar olmazsa İslam üçün böyük problemlər yaranar. Diqqətli olmalıyıq və ümidvaram necə ki, Allah-taala inayətini ruhaniyyətə və inqilaba verib bunu davamlı edəcək və İmam Zamanın (ə.c) ruhaniyyət haqqında etdiyi dualarını qəbul edər. Elmi hövzələr, əzmətli mərcəyi təqlidlər, inqilabın böyük rəhbəri, bu inqilaba xalis xidmət edənləri müvəffəq edərək imamı (imam Xomeynini) və dünyadan köçən mərcəyi-təqlidləri öz rəhmətinə qərq edər.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

 

Etiketlər :