Həzrət Əbul Həsən Rza əleyhissəlamın gövhərbar kəlamlarından

28 March 2024

12:57

۸۴۴

Xəbərin xülasəsi :
“Allah bizim əmrimizi (imaməti) dirçəldən şəxsə rəhm etsin.” Sual olundu ki, sizin əmriniz necə dirçəlir? Buyurdu: “Bizim elmimizdən öyrənib xalqa təlim etməklə. Həqiqətən, əgər insanlar bizim kəlamlarımızın gözəlliyindən xəbərdar olsalar, şübhəsiz ardımızca gələrlər”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbul Həsən Rza əleyhissəlamın gövhərbar kəlamlarından

عَنْ عَبْدِ السَّلَامِ بْنِ صَالِحٍ الْهَرَوِيِّ قَالَ سَمِعْتُ أَبَا الْحَسَنِ الرِّضَا ع يَقُولُ‏ رَحِمَ اللَّهُ عَبْداً أَحْيَا أَمْرَنَا فَقُلْتُ لَهُ فَكَيْفَ يُحْيِي أَمْرَكُمْ قَالَ يَتَعَلَّمُ عُلُومَنَا وَ يُعَلِّمُهَا النَّاسَ فَإِنَّ النَّاسَ لَوْ عَلِمُوا مَحَاسِنَ‏ كَلَامِنَا لَاتَّبَعُونَا قَالَ فَقُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَقَدْ رُوِيَ لَنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ مَنْ تَعَلَّمَ عِلْماً لِيُمَارِيَ بِهِ السُّفَهَاءَ أَوْ يُبَاهِيَ بِهِ الْعُلَمَاءَ أَوْ لِيُقْبِلَ بِوُجُوهِ النَّاسِ إِلَيْهِ فَهُوَ فِي النَّارِ فَقَالَ ع صَدَقَ جَدِّي أَ فَتَدْرِي مَنِ السُّفَهَاءُ فَقُلْتُ لَا يَا ابْنَ رَسُولِ اللَّهِ فَقَالَ هُمْ قُصَّاصٌ مِنْ مُخَالِفِينَا وَ تَدْرِي مَنِ الْعُلَمَاءُ فَقُلْتُ لَا يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ فَقَالَ هُمْ عُلَمَاءُ آلِ مُحَمَّدٍ ع الَّذِينَ فَرَضَ اللَّهُ عَزَّ وَ جَلَّ طَاعَتَهُمْ وَ أَوْجَبَ مَوَدَّتَهُمْ ثُمَّ قَالَ أَ تَدْرِي مَا مَعْنَى قَوْلِهِ أَوْ لِيُقْبِلَ بِوُجُوهِ النَّاسِ إِلَيْهِ قُلْتُ لَا قَالَ يَعْنِي بِذَلِكَ وَ اللَّهِ ادِّعَاءَ الْإِمَامَةِ بِغَيْرِ حَقِّهَا وَ مَنْ فَعَلَ ذَلِكَ فَهُوَ فِي النَّارِ

Əbdussəlam ibn Saleh Hərəvi deyir, həzrət Əbul Həsən imam Rzanın əleyhissəlam hüzurunda belə buyurduğunu eşitdim: “Allah bizim əmrimizi (imaməti) dirçəldən şəxsə rəhm etsin.” Sual etdim ki, sizin əmriniz necə dirçəlir? Buyurdu: “Bizim elmimizdən öyrənib xalqa təlim etməklə. Həqiqətən, əgər insanlar bizim kəlamlarımızın gözəlliyindən xəbərdar olsalar, şübhəsiz ardımızca gələrlər.” O Həzrətə dedim, ey Peyğəmbərin oğlu həzrət Əbi Əbdullah imam Cəfərdən (əleyhissəlam) bizə belə yetişib ki, buyurub: “Hər kəs səfehlərlə cədəl etmək, ya özünü alimlərə elmli göstərmək və yaxud xalqın nəzərini özünə cəlb etdirmək üçün elm öyrənərsə, yeri cəhənnəm odudur.“ Həzrət buyurdu: “Cəddim doğru buyurmuşdur, amma heç bilirsənmi “səfehlər” dedikdə məqsəd kimlərdir?” Dedim ki, xeyr, ey Allah Rəsulunun (sallallahu əleyhi və alih) oğlu. Buyurdu: “Onlar bizimlə müxalif olanların dastan danışanlarıdır. De görüm “alim” dedikdə nəzərdə tutulan şəxsləri necə, tanıyırsanmı?” Dedim ki, xeyr, ey Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu. Həzrət buyurdu: “Onlar Ali-Muhəmmədin alimləridir, hansı ki Allah-taala onlara itaət etməyi vacib və məhəbbət bəsləməyi lazım bilibdir.” Sonra buyurdu: “Heç bilirsənmi “xalqın nəzərini özünə cəlb etdirmək istəmək” ifadəsinin mənası nədir?” Dedim, xeyr. Buyurdu: “Bu ifadənin mənası, haqqı və ləyaqəti olmadan imamət iddiasını edənlərdir. Hər kəs belə belə bir iddia edərsə, yeri cəhənnəm olacaq.” 

İltimas dua

Mənbə:

“Məalim əl-əxbar”, səh. 180; “Uyun əxbar Rza” (əleyhissəlam) 1-ci cild, səh, 307.

Etiketlər :

Həzrət Əbul Həsən Rza əleyhissəlamın gövhərbar kəlamlarından