Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi

20 April 2024

19:04

۱,۱۹۲

Xəbərin xülasəsi :
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında deyir: «Ziyarətnamələr içində Camiəyi-kəbirə, etibar baxımından ən səhihi, şamil olmaqda ən əhatəlisi, sözlərində ən fəsahətlisi, mənada ən bəlağətlisi və şan-şöhrətdə ən alisidir»
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi

Görkəmli din alimlərinin «Camiə» ziyarətnaməsi ilə bağlı nöqteyi-nəzərləri bu möhtəşəm əsərin məhz məsumların dili ilə bəyan edilməsini sübuta yetirən əsaslı bir dəlildir.

Mərhum Molla Məhəmmədtəqi Məclisi deyir:

«Həzrət Əli əleyhissəlamı ziyarət edərkən məndə mükaşifə və kəşfi-şühud haləti yarandı. Özümü Samirrada, həzrət Hadi və imam Həsən Əsgəri əleyhiməssəlamın çox gözəl şəkildə bəzənilmiş ziyarətgahında gördüm. Orada ağamız həzrət Sahibəz-zaman əleyhissəlamı gördükdə «Camiə» ziyarətnaməsini məddahlar kimi uca səslə oxumağa başladım. Ziyarətnaməni başa vurduqda Həzrət buyurdu: «Çox gözəl ziyarətnamədir».

Müqəddəs məzara işarə edərək ərz etdim: «Ey mənim ağam! Canım sizə fəda olsun! Bu sizin cəddinizin ziyarətnaməsidir!»

Həzrət buyurdu: «Bəli, elədir ki, var!..».

Mərhum Məclisi sözünün davamında deyir:

«Həzrət imam Sahibəz-zaman əleyhissalamın təsdiqinə əsasən, şübhə yoxdur ki, «Camiə» ziyarətnaməsi həzrət Hadi əleyhissalamın tərəfindən bəyan olunmuşdur. «Camiə» ziyarətnaməsi ən kamil və ən gözəl ziyarətnamə olduğu üçün, mən çox vaxt məsumları onun vasitəsilə ziyarət edirəm».

Mərhum Əllamə Məhəmmədbaqir Məclisi deyir:

«Camiəyi-kəbirə ziyarətnaməsi öz-özlüyündə səhih və etibarlı olmasına dəlalət edən ədalətli bir şahiddir».

Həmçinin, «Biharul-ənvar» kitabında deyir:

«Ziyarətnamələr içində Camiəyi-kəbirə, etibar baxımından ən səhihi, şamil olmaqda ən əhatəlisi, sözlərində ən fəsahətlisi, mənada ən bəlağətlisi və şan-şöhrətdə ən alisidir».

Mərhum Əllamə Seyid Abdullah Şübbər «Əl-Ənvarul-lamiə fi şərhiz-ziyarətil camiə» kitabında yazır:

«Sağlam düşüncə sahiblərinə heç də gizli deyildir ki, ziyarətnamələr arasında Camieyi-kəbirə ziyarətnaməsi məqam və əhəmiyyət baxımından ən üstün və mühüm mövqelərdən birini tutur. Kəlmə və cümlələrinin fəsahəti, ifadə və mə`nalarının bəlağəti bunu bildirir ki, bu ziyarətnamə vəhy və ilham mənbələri olan zülal bulağından qaynayıb daşmış, ismət, elm, dini şərəf və namuslara sahib olan böyük şəxsiyyətlərin dilindən xaric olmuşdur.

Bir sözlə, bu ziyarətnamə məxluq kəlamından yüksəkdə və Xaliq kəlamından aşağıda duraraq Allah cilvələrinin məzhəri olan mə`sum imamların sirlərini öyrənmək və dinin əsaslarını tanımaq üçün mühüm bürhan və dəlillərə şamildir».

Ayətullah Seyid Ağacamal Qulpayqani deyir:

«Camieyi-kəbirə ziyarətnaməsi ali məzmunlara, dəqiq mənalara və sirli mətləblərə şamil olaraq, «tövhid» məsələsini və məsum imamlar əleyhimussəlamın bütün insanlar üzərində malik olduqları mütləq İlahi ixtiyarı bəyan edir».

Görkəmli alim Ayətullah Seyid Əbdulhadi Şirazi deyir:

«Camieyi-kəbirə ziyarətnaməsi Əhli-beyt əleyhimussəlamın məqam və fəzilətlərini bəyan etməkdə digər ziyarətnamələrdən fərqlənərək, şan-şövkət və əhəmiyyət baxımından ən üstün ziyarətnamə sayılır. Bu ziyarətnamə, sanki iman və etiqadın düzəlməsi və məsumların müqəddəs nurlarının mərifətini möminlərin qəlbində sabit etmək üçün ifadə olunmuşdur».

Mərhum Əllamə Şərani deyir:

«Camieyi-kəbirə ziyarətnaməsinin məsum imamlar tərəfindən ifadə olunma ehtimalı, hər bir əsərin mötəbər ravilər vasitəsilə nəql olunması nəticəsində hasil olan etibardan daha üstündür».[1]

(ardını izləyin)

Mənbə:

[1] «Şərhe ziyarəte Camiəye kəbirə», (Rza Ustadi), səh. 259-264.

  

 

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi