Peyğəmbərin tərifi həzrət imam Sadiqin dilindən

29 March 2024

16:21

۹۰۲

Xəbərin xülasəsi :
“And olsun Allaha, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Allah-təalanın xəlq etdiyi məxluqatın ən yüksəyidir və Allah həzrət Muhəmməddən (sallallahu əleyhi və alih) xeyirli və faydalı bir xəlq yaratmamışdır”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) fəzilətləri həzrət imam Sadiq əleyhissəlamın dilindən belə qeydə alınıb:

عَنِ الْحُسَيْنِ بْنِ عَبْدِ اللَّهِ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ عليه السلام، كَانَ رَسُولُ اللَّهِ (صلی الله عليه و آله)‏ سَيِّدَ وُلْدِ آدَمَ؟ فَقَالَ، كَانَ وَ اللَّهِ سَيِّدَ مَنْ خَلَقَ اللَّهُ وَ مَا بَرَأَ اللَّهُ بَرِيَّةً خَيْراً مِنْ مُحَمَّدٍ (صلی الله عليه و آله)‏

Ravi həzrət imam Sadiq əleyhissəlamdan belə sual edir:

“Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) Adəm övladının ağasıdırmı?” Yəni Peyğəmbər Əkrəm Adəm peyğəmbərin nəslindən olan insanların ən uca və yüksək məqama sahib olanıdırmı?

İmam Sadiq əleyhissəlam cavabında buyurur: “And olsun Allaha, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Allah-təalanın xəlq etdiyi məxluqatın ən yüksəyidir və Allah həzrət Muhəmməddən (sallallahu əleyhi və alih) xeyirli və faydalı bir xəlq yaratmamışdır.”[1]

Başqa bir hədisdə deyilir:

"عَنْ أَبِي عَبْدِ اللَّهِ عليه السلام و ذَكَرَ رَسُولَ اللَّهِ صلى الله عليه و آله، فَقَالَ: «قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام: مَا بَرَأَ اللَّهُ‏ نَسَمَةً خَيْراً مِنْ مُحَمَّدٍ صلى الله عليه و آله»"

İmam Sadiq əleyhissəlam həzrət Rəsuləllahı (sallallahu əleyhi və alih) xatırlayaraq, həzrətƏmirəl-möminindən (əleyhissəlam) belə nəql edir: “Allah-təala Muhəmməd Peyğəmbərdən (sallallahu əleyhi və alih) xeyirli bir xəlq yaratmamışdır.”

Quran-Kərim insana əta edilən elmi İlahi nöqteyi nəzərdən çox kiçik qiymətləndirərək buyurur:

" وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلاَ قَلِيلًا "

“Həqiqətən, sən əzəmətli və böyük əxlaqa maliksən.”[1]Lakin həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şənində buyurur:

" وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ "

“Həqiqətən, sən əzəmətli və böyük əxlaqa maliksən.”[3]

Əgər bir kəs bəşərin elminə nəzər salsa və eyni zamanda Allahın bütün bu elmə kiçik bir şey kimi baxışı müabilində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) gözəl əxlaqını əzəmətli adlandırması barəsində lazımi tərzdə düşünərsə, həqiqətdə Rəsuləllahın (sallallahu əleyhi və alih) Allah dərgahında yüksək və əvəzsiz məqamından xəbərdar ola bilər.

Həmçinin, Quran Kərim həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) barəsində buyurur:

" وَمَا أَرْسَلْنَاكَ إِلاَ رَحْمَةً لِلْعَالَمِينَ "

“Biz səni aləmlərə ancaq rəhmət olaraq göndərdik.”[4]

Tarixdə heç bir şəxsin barəsində belə bir əzəməli vəsf qeydə alınmamışdir.

İltimas dua

[1] Əl-Kafi”, 1-ci cild, mulidun-Nəbi (s), hədis-1

2- "İsra" surəsi, ayə 85

[3] “Qələm” surəsi, ayə 4

[4] «Ənbiya” surəsi, ayə 107


Etiketlər :

Peyğəmbərin tərifi həzrət imam Sadiqin dilindən