Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

19 April 2024

02:58

۱,۰۱۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il cumadil-ula ayının 5-i, miladi 2019-cu il yanvarın 12-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr, güzəşt və bağışlamaq adı gəlsə, bu böyük xanımın adı hallanır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1440-cı il cumadil-ula ayının 5-i, miladi 2019-cu il yanvarın 12-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr, güzəşt və bağışlamaq adı gəlsə, bu böyük xanımın adı hallanır.

Həzrət Zeynəbin (əleyhasəlam) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (əleyhissəlam) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin (əleyhasəlam) təvəllüdündən imam Hüseynin (əleyhissəlam) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (əleyhissəlam) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünəməxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki imam Hüseynin (əleyhissəlam) qiyamını Zeynəbsiz və Xanım Zeynəbi (əleyhasəlam) qiyamsız təsəvvür etmək mümkün deyil. Çünki imam Hüseyn (əleyhissəlam) qiyamının hər tərəfli təhlili üçün həzrət Zeynəbi (əleyhasəlam) tanımaq və öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb (əleyhasəlam) Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.

Həzrət Zeynəb (əleyhasəlam) Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Xanım Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən həzrət Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

Tarixdə həzrət Zeynəbin (əleyhasəlam) tərəfindən imam Hüseyni (əleyhissəlam) ilahi işindən saxlamaq üçün heç bir təklif və danışıq qeydə alınmayıbdır. O, bu işdə öz imamına həmişə müti və təsəlli olmuşdur. Bu onu göstərir ki, həzrət Zeynəb imamət məqamına agah olduğundan, Məsum imamın öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlməsini yaxşı dərk etmişdir.

Həzrət Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseynin (əleyhissəlam)-ın yanında olmuşdur. Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəbə (əleyhasəlam) olduqca asan etmişdi.

O, bilirdi ki, imam Hüseyn (əleyhissəlam) Allahın hüccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır. )N$O@O#$R%_^P&A(G*E!  17Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Xanım Zeynəb elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.

Məhz belə yüksək agahlıq və dərkinə xatir Əhli-Beyt əleyhimussəlam həzrət Zeynəbi-Kubranı (əleyhasəlam) “Əqilə” (yüksək ağıl simvolu) adlandırmışlar.

İnşa Allah bu mövzuda gələcək yazılarda bird aha söz açmaqla bərabər, həzrət Zeynəbin (əleyhasəlam) əzəmətli həyatının səhifələrini bir daha mütaliə üçün təqdim edəcəyik.

(İltimas dua)

Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü