Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən

29 March 2024

18:06

۸۶۷

Xəbərin xülasəsi :
Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur: Bibi can! Əlhəmdu lillah sən müəllim görmədən aliməsən və bir şəxsin dərk etdirməsinə ehtiyac duymadan idrak sahibisən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən

Həzrət İmam Əli ibn Huseyn Zeynəl-abidin əleyhissəlam həzrət Zeynəb əleyha salama xitab edərək buyurur:

Bibi can! Əlhəmdu lillah sən müəllim görmədən aliməsən və bir şəxsin dərk etdirməsinə ehtiyac duymadan idrak sahibisən.

Mənbə: Biharul-ənvar, cild-45, səh. 199

Həzrət Zeynəb-Kubranın (əleyhasalam) həzrət imam Huseyni (əleyhissəlam) qətlinə mane olmaq üçün çalışması

Aşura günü elə ki, Zeynəb-Kubra (ə) gördü İmam Huseyn əleyhissəlam yerə yıxılıb və cinayətkar düşmən onu qətlə yetirmək üçün ətrafına yığışıb xeymədən kənara çıxdı və Ömər Sədə məzəmmətli xitab edərək buyurur:

" یابن سَعد! اَیُقتَلُ اَبُوعبداللّه وَ انتَ تَنظُرُ اِلَیهِ؟"

“Ey Səədin oğlu! Əbu Əbdullahı (həzrət Huseyni) qətlə yetirirlər, sən isə (o Həzrətin Allah yanında olan məqam və mövqeiyyətini bildiyin halda) durub baxırsan?!”

O, heç bir cavab verə bilmədi və çarəsizlikdən həzrət Zeynəbdən (əleyhasalam) üzünü döndərdi.

Həmçinin, digər bir mərhələdə Xanım Zeynəb bir daha həzrət İmam Huseyni (əleyhissəlam) ölümdən qurtarmaq üçün insanlıq fitrətini itirmiş amansız düşmənə xitab edərək dedi:

" اَما فیکم مُسلِمٌ؟"

“Sizin aranızda heç olmasa bir dənə də olsa, müsəlman və Allahpərəst yoxdurmu?”

İltimas dua!

 

 

 

Etiketlər :

Həzrət Zeynəb-Kubranın (əleyhasalam) fəzilətlərindən