Günün hədisi

25 April 2024

10:25

۹۹۹

Xəbərin xülasəsi :
Cəfər ibn Məhəmməd (əleyhissəlam) buyurur: Hər kəsin etdiyi yaxşılıq eynidir, lakin bizimlə nisbətin olduğu üçün sənin etdiyin yaxşılıq görə daha gözəldir. Həmçinin, hər kəsin etdiyi pislik eynidir, lakin bizə olan nisbətin və bağlılığın sarıdan sənin etdiyin pislik daha pis və böyükdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Günün hədisi

Əhli-Beyt (ə) davamçılarının yaxşılıq və pislikləri

İbn Əbul Hədid öz kitabında İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir:

“Mənsurun xilafəti zamanı onun sarayında çoxlu əta və bəxşişlər edilirdi. Amma onun bu bəxşişindən həzrət Peyğəmbərin (s) xidmətçilərindən olan Şəqranın nəvə-nəticələrindən sayılan Şəqraniyə çatmadığından o, bir neçə gün bəxşiş tələb etmək üçün Mənsurun qapısının qarşısında dayanır. Cəfər ibn Məhəmməd (ə) Mənsurun yanından çıxdığı zaman Şəqrani ona yaxınlaşıb öz hacətini ona danışır.

Cəfər ibn Məhəmməd (ə) ona ehtiram göstərir və ona yardım etmək üçün bir daha Mənsurun yanına qayıdır. Geri döndükdə Şəqrani üçün gətirdiyi bəxşişi ona verib buyurur:

"إن الحسن من كل أحد حسن، وإنه منك أحسن لمكانك منا، وإن القبيح من كل أحد قبيح، وهو منك أقبح لمكانك منا "

Ey Şəqran! Hər kəsin etdiyi yaxşılıq eynidir, lakin bizimlə nisbətin olduğu üçün sənin etdiyin yaxşılıq görə daha gözəldir. Həmçinin, hər kəsin etdiyi pislik eynidir, lakin bizə olan nisbətin və bağlılığın sarıdan sənin etdiyin pislik daha pis və böyükdür. Ora toplaşan insanlar bu sözlərlə razılaşdılar. Çünki Şəqrani şərab içənlərdən idi."[1]



[1] Şərhu Nəhcül-bəlağa: 18-ci cild, səh: 205; Biharul Ənvar: 47-ci cild, səh: 349; Ədədul qaviyyə (Əllamə Hilli): səh:1 52

 

Etiketlər :

Günün hədisi